Gündəm
Bakıda AVRO-2020-nin oyunu, heç-heçə
İyunun 12-də Bakıda AVRO-2020-nin qrup mərhələsinin I turu çərçivəsində Uels və İsveçrə yığmalarının qarşılaşması baş tutub. Oyun heç-heçə başa çatıb: 1-1.
Bu görüşlə A qrupunda ilk tura yekun vurulub.
A qrupunda ilk oyun iyunun 11-də Türkiyə-İtaliya yığmaları arasında olmuşdu. Qarşılaşma italyanların 3-0 hesablı qələbəsi ilə başa çatmışdı.
İyunun 12-də AVRO-2020-də daha iki matç keçiriləcək. B qrupunda Danimarka Finlandiya, Belçika Rusiya ilə görüşəcək.
“24 saat” “Bakıda AVRO-2020-nin oyunu, heç-heçə” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.