2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bakı bəyannaməsi: Türkiyə və Pakistan Azərbaycanla həmrəydir

Bakı/28.07.21  Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin spikerləri Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsini pisləyirlər. Onlar azad edilmiş torpaqların bərpası və məcburi köçkünlərin evlərinə qayıtması ilə səylərdə Azərbaycanla tam həmrəylik nümayiş etdirdiklərini vurğulayırlar. Bu barədə Azərbaycan, Türkiyə və Pakistanın qanunvericilik orqanları rəhbərlərinin Bakıda üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsində deyilir.

Sənəd müəllifləri beynəlxalq problemlərin həllində, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələrin mühüm rol oynadığını vurğulayıblar.

Onlar xaricdən sponsorlaşdırılan terror hücumlarına, kiberhücumlara, hibrid müharibələrinə və dezinformasiyalara qarşı birgə səyləri dəstəkləyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Üç dövlətin qanunvericiləri qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə sıx əməkdaşlıq etmək və beynəlxalq parlament təşkilatlarında ümumi mövqe tutmaq niyyətindədirlər.

Onlar həmçinin islamofobiya və müsəlman azlıqların sıxışdırılması ilə mübarizə aparmaq üçün regional və beynəlxalq parlament platformalarında  işləməyə hazırdırlar.

Tərəflər nəqliyyat, ticarət, energetika, beynəlxalq münasibətlər, təhsil, sosial və mədəni, turizm, informasiya və kommunikasiya texnologiyaları sahələrində regional əməkdaşlığın yaxşılaşdırılması üçün öz hökumətlərinə hərtərəfli dəstək vermək barədə razılığa gəliblər.

Spikerlərin növbəti görüşü 2022-ci ildə İslamabadda keçiriləcək. -03D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button