2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Lira 2021-ci ildə dəyərinin təxminən 46%-ni itirib

Bakı/06.12.21 Türk lirəsi ABŞ dollarına nisbətdə 13,7-ə düşüb və Mərkəzi Bankın pul siyasətinin istiqaməti ilə bağlı artan narahatlıqlar fonunda ötən cümə günü 13,9-a çataraq rekord minimuma yaxınlaşıb…

Treydinqekonomiks.kom-a görə, direktiv orqanlar  bu ay yenidən faiz dərəcələrini azaldırlar, çünki prezident Tayyib Ərdoğan artan inflyasiyaya baxmayaraq böyüməyi dəstəkləmək üçün borclanma xərclərini azaltmağa çağırıb. 

Keçən həftə verilən məlumatlar göstərir ki, Türkiyənin istehlak qiymətləri inflyasiyasının noyabr ayında gözləniləndən daha çox artaraq 21,31%-ə yüksəlib. Bu da mərkəzi bankın 5%-lik orta hədəfini xeyli üstələyib, istehsalçı qiymətləri isə son 19 ilin ən çox artıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Ərdoğanın aqressiv faiz endirimləri və tükənmiş mərkəzi bank ehtiyatları ilə bağlı narahatlıqlar səbəbindən lirə bu il dollara nisbətdə təxminən 46% dəyər itirib. Bu,  Fitç reytinq agentliyini Türkiyənin proqnozunu neqativə endirməyə sövq edib.-0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button