2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Xocalı soyqırımının 30-cu ildönümü haqda sərəncam

Bakı/28.01.22 Yanvarın 28-də prezident İlham Əliyev “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” sərəncam imzalayıb.

Sənəddə qeyd olunur ki, 1992-ci il fevralın 26-na keçən gecə erməni birləşmələri Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 dinc sakin vəhşiliklə qətlə yetirilib, 487 nəfər ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb, 150-dən çox adam itkin düşüb.

Saytların yığılması Saytlarin yigilmasi

“Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq”, -sərəncamda deyilir.

Prezident Administrasiyasına bu faciənin 30-cu ildönümü ilə bağlı tədbirlər planının hazırlanması tapşırılıb.- 06B

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button