2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu gözlənir

Azərbaycan tərəfi sülh müqaviləsi üzrə üçüncü rəylər paketini Ermənistan tərəfinə təqdim edib. Bunu dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

C.Bayramov qeyd edib ki, bu ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsi mümkündür.

Azərbaycan xarici işlər naziri bu ilin martında da Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinsipi təqdim etdiyini açıqlamışdı. Onlar dövlətlərin bir-birilərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq, sərhədləri müəyyən etmək və nəqliyyat əlaqələrini bərpa etməklə bağlı olub. Ermənistan isə Azərbaycanın yeni təklifinə cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəmişdi. Tərəflərin ilboyu təmasları da davam edib. Amma danışıqların elementləri açıqlanmayıb.

Azərbaycanla Ermənistan arasında ötən ilin dekabrından Brüsseldə Avropa İttifaqının vasitəsi ilə sülh danışıqları aparılır. ABŞ-da bu prosesi dəstəkləyir. Amma Rusiya da istər bir müddət əvvəl üç ölkə liderlərinin Soçi görüşü, istərsə də birbaşa təmaslara əlavə olaraq Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda öz xətti ilə iştirak edir.

Hər iki prosesin tərkib hissəsi olaraq tərəflərin sərhədlərin müəyyən edilməsi ilə bağlı komissiyaları yaradılıb. Komissiyalar artıq bu vaxta qədər bir neçə dəfə bir araya gəliblər.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button