2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bəxtiyar Hacıyevin səhhətinin pisləşdiyi deyilir

İctimai fəal Bəxtiyar Hacıyevin səkkizinci gündür ki, Bakı 1 saylı İstintaq Təcridxanasında aclıq aksiyası keçirdiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Dekabrın 22-də ona baş çəkən vəkil Cavad Cavadov Azadlıq Radiosuna bunları bildirib:

“Bəxtiyar bildirdi ki, bugün, dekabrın 22-də təzyiqi aşağı olub – 90/60, hərarəti isə 35,4-ə enib, nəbzi 76-dir. Gün ərzində daha yarım kilo arıqlayıb, çəkisi 79,5 kiloqrama enib. Beləliklə, artıq 5 kiloqram çəki itirib.”

Vəkilin vurğulamasına görə, O, zəiflikdən bəzən tarazlığını itirir və yıxılmamaq üçün özünü saxlayır. Onun deməsinə görə, ancaq o aclıq aksiyasını dayandırmaq fikrinin olmadığını bildirib.

Cavadovun sözlərinə görə, ötən gün, dekabrın 22-də Bəxtiyar Hacıyevi təcridxananın sanitar hissəsinə köçürüblər.

Ev dustaqlığına buraxılmaması ilə bağlı şikayətinə baxılacaq

Vəkil onu da bildirib ki, dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsində fəalın ev dustaqlığına buraxılmaması ilə bağlı şikayətinə baxılacaq.

“Biz Apellyasiya Məhkəməsininin həbs qətimkan tədbirini dəyişəcəyini gözləyirik”, – Cavadov deyib. Onun sözlərinə görə, Hacıyevə qarşı irəli sürülən uydurma ittihamlar belə buna imkan yaradır.

Söhbət ictimai təhlükə törətməyən cinayətlərdən gedir.

Hacıyevi 1,5 ilədək həbs təhlükəsi gözləyir.

“Ümid edirik ki, məhkəmə həbs qərarını ləğv edəcək”, – vəkil deyib.

Hələlik, bu fikirlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

ABŞ Dövlət Departamenti və bəzi beynəlxalq təşkilatlar da Azərbaycan hökumətini gənc fəalı azadlığa buraxmağa çağırıblar.

Xatırlatma

Dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib.

Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

O ittihamları qəbul etmir.

Aclıq aksiyasına da başladığını məhkəməsində açıqlamışdı.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button