2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Putin üçün tribunal – 24 saat

Mənbə: The Wahshington Post

Tərcümə: Novator

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Putini və onun yaxın ətrafını necə məsuliyyətə cəlb etmək olar?” başlıqlı redaksiya məqaləsi dərc edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məqalədə deyilir ki, Rusiyanın Ukraynada törətdiyi vəhşiliklər haqlı olaraq günahkarları məsuliyyətə cəlb etmək tələbinin irəli sürülməsi ilə nəticələnib: “Bunu tələb edənlər arasında Rusiya prezidenti Vladimir Putini hərbi cani adlandıran, rus qoşunlarının Ukraynada soyqırımı törətdiyini deyən ABŞ prezidenti Cozef Bayden də var.

Rus ordusu, şübhəsiz ki, hərbi cinayətlərdə günahkardır və məsuliyyətə cəlb olunmalıdır. Bəs suveren dövlətə qarşı ədalətsiz müharibənin əsas günahkarları – Putin və onun nazirləri, generalları, oliqarxları ilə haqq-hesab necə çürüdüləcək?

İstər Kiyev özü, istərsə də Qərbin aparıcı dövlətləri və Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Ukraynaya soxulmuş rus komandirlərin konkret müharibə cinayətlərinə görə mühakimə olunmasında istifadə edilə biləcək xeyli dəlil-sübut toplayıb.

Amma o zabitləri müttəhimlər kürsüsündə oturdub, son 30 ildə (keçmiş Yuqoslaviyadakı müharibələrdən sonra) Avropada ən dəhşətli qırğına rəvac vermiş əsas adamlara – Kremldəkilərə dəyib-dolaşmamaq da çox gülünc səslənir.

Rusiya prezidentinin, yaxud onun ən yüksək çinli məmurlarının yaxın zamanda təqsirləndirilən şəxs qismində məhkəmə qarşısında duracağına inanmaq sadəlövhlük, onların təcavüzkar müharibəyə görə məsuliyyətə cəlb edilməsi üçün heç olmasa rəsmi mexanizm hazırlamamaq isə ədalətsizlik olardı.

Belə bir mexanizmin qurulması isə məxsusi, yeni bir tribunalın yaradılmasından keçir. Çünki Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası müharibənin baş günahkarlarına gedib çatmağa imkan vermir.

Aparıcı ölkələrin, o cümlədən ABŞ-ın diplomatları son zamanlar ayrıca tribunal yaradılması ideyasını həvəslə qəbul edirlər. Burada Ukrayna prezidenti Vladimir Zelenskinin təkidinin də mühüm rolu var.

Təşəbbüsü fəal şəkildə dəstəkləyənlərdən biri Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braundur.

Fransa, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də yeni tribunal yaradılması təklifinə tam tərəfdardır.

BMT-də belə bir tribunalın yaradılması təklifi ilə qətnamə layihəsi yayılıb”.

“Vaşinqton  Post” hesab edir ki, Ukrayna və onun Qərbdəki müttəfiqləri təklifin həyata keçməsi üçün ciddi səy göstərməlidir.

Bildirilir ki, Putinin yaxın çevrəsində və Ukraynanın işğalında tramplin rolu oynayan Belarusda hərbi cinayətlərin cəzasız qalacağı təsəvvürü formalaşıb: “Tribunalın yaradılması həmin təsəvvürü dağıda bilər. Kremldəki başbilənlər sivil dünyanın onların törətdiyi əməlləri nə vaxtsa unudacağını da düşünür. Yəni belə bir təsəvvür də var. Tribunal bu təsəvvürü də alt-üst edə bilər. Cinayət təqibinə məruz qalanda bəzi oliqarxlar heç vaxt Qərbə ayaq basa bilməyəcəyini anlayacaq və dəhşətə gələcəklər”.

Sözügedən tribunalı BMT Baş Assambleyasının səs verdiyi beynəlxalq qurum kimi təsis etmək mümkündürmü? Yoxsa o, yalnız Ukrayna qanunlarına əsaslanan, Avropanın və ya digər tərəflərin prokurorlarının, müstəntiqlərinin dəstəyi ilə bir növ hibrid şəkil alan məhkəmə kimi qurula bilər? Bu suallara aydınlıq gətirilməsini vacib sayan “Vaşinqton Post” qəzeti onu da qeyd edir ki, istənilən halda tribunalı ona ev sahibliyi etməyə razılıq vermiş Niderlandda yerləşdirmək daha uyğun variantdır: “Tribunalın qurucuları bir suala da aydınlıq gətirməlidirlər: Putini və onun əlaltılarını qiyabi mühakimə etməyə dəyərmi? Qiyabi mühakimə elə də uğurlu variant deyil, amma bu yolu seçmək mühakimənin tez bir zamanda başlanmasına yol aça bilər və rəmzi də olsa effekt verərdi. Vəkillər isə öz növbəsində Rusiya liderinin və məmurlarının beynəlxalq hüquq qaydasında müdafiə ilə təmin edilib-edilməməsi məsələsini qaldıra bilərlər.

İndidən baxanda Putinin və ya onun yaxın ətrafının məsuliyyətə cəlb olunması ehtimalı zəif görünür. Əvvəlki dövrlərdə – İkinci Dünya müharibəsində, keçmiş Yuqoslaviyada və başqa yerlərdə qanlı döyüşlər gedəndə də belə olub, tribunalların qurulacağı reallıqdan çox uzaq görünüb, amma yekunda həmin tribunallar yaradılıb.

Rusiyanın ali rəhbərlərini təcavüzkar müharibəyə görə mühakimə etmək səlahiyyətinə malik bir tribunal olmasa, onların layiq olduqları aqibətlə üzləşməsi ehtimal kimi qalacaq. Tribunal qurulandan sonra isə ehtimalın gerçəkliyə çevrilməsinə yol açılır”.

24 saat” “Putin üçün tribunal – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button