Siyasət
ABŞ Qafqaz danışıqları üzrə baş müşavirini regiona göndərib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Lui Bono ilə görüşüb.
Toplum Tv xəbər verir ki, bu barədə yanvarın 8-də Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.
Bildirilib ki, həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini müzakirə edib, son danışıqlar və bu danışıqlar çərçivəsində əldə edilmiş razılaşmaların icrasının gedişatına toxunublar.
A.Qriqoryan söhbət zamanı bildirib ki, Ermənistan tərəfi regionda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olmasına sadiqdir.
Lui Bononun danışıqlar aparmaq üçün Bakıya da gəlməsi gözlənilir.