Gündəm
Akif Çovdarovun cinayət işinin materialları ilə tanışlıq dayandırılıb
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində olan cinayət işinin materialları ilə tanış olmanı dayandırıb.
Akif Çovdarovun vəkili Sadiq Rəsulov APA-ya açıqlamasında bildirib ki, müvəkkilinin səhhəti ağır olduğu üçün cinayət işinin materialları ilə tanış ola bilmir: “Bilirsiniz ki, Akif Çovdarov bir müddətdir aclıq aksiyasına başlayıb. Hazırda aclıq aksiyasını davam etdirir. O, bir neçə xəstəlikdən əziyyət çəkir. Aclıq aksiyası isə səhhətinə daha pis təsir edir. Hazırda Bakı İstintaq Təcridxanasının sanitar hissəsində saxlanılır” .