2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Deputatdan manatın ucuzlaşması ilə bağlı şok iddia -“Özlərinin nə işi var idisə gördülər”

“Son günlər də maliyyə bazarında baş verən proseslərdən heç özüm də bir şey başa düşə bilmirəm. Manatın mövqeyini 10 gün möhkəmlədib, yenidə üzən məzənnəyə keçməsinin arxasında nə məqsəd dayanırdı, bəlli deyil. Ola bilsin bu müddət ərzində özlərinin nə işi vardısa bu müddət ərzində gördülər və yenidən başlayıblar manatın məzənnəsini yumşaq üzən məzənnəyə keçirməyə”.

Moderator.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Kredit büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Onun sözlərinə görə, bir müddət öncə maliyyə bazarına məsul qurumlar Azərbaycan manatının yumşaq üzən məzənnəyə keçməsi ilə bağlı siyasətini açıqladı. “Və bu düzgün addım idi. Lakin son günlərdə maliyyə bazarında baş verən proseslərdən heç özüm də bir şey başa düşə bilmirəm. Təsəvvür edin maliyyə bazarına məsul qurumlar son 10 gün müddətində Azərbaycan manatının möhkəmləndirildi. Bu nə məsələ idi anlaya bilmədim. Ola bilsin özlərinin nə işi vardısa bu müddət ərzində gördülər. Yenidən başlayıblar manatın məzənnəsini yumşaq üzən məzənnəyə keçirməyə. Odur ki, son bir neçə gündə Azərbaycan manatı yenidən başlayıb ucuzlaşmağa. Axı bundan xalq əziyyət çəkir. Belə olmaz”- deyə, millət vəkili vurğulayıb.

V. Əhmədov onu da əlavə etdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatası artıq bankların diaqnostik analizini aparıb və banklardakı vəziyyət haqqında aydın bir mövqe formalaşıb. “Bank rəhbərləri multimilyonçudurlar. İndiki zamanda bankların deyil, xalqın qayğısına qalmaq lazımdır. Onların hüquqlarını müdafiə etməklə, bank sektorunu sağlamlaşdırmaq lazımdır. Bankların situasiyası aydın olduğundan Malyyə Bazarlarına Nəzarət Palatasının banklarla bağlı konkret qərarın verməyin zamanıdır. əks təqdirdə nə maliyyə bazarında baş alıb gedən problemləri, nə də bank sektorundakı problem həll etmək olmayacaq”- deyə, V. Əhmədov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button