2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Deputatlar istəklərinə nail oldular – Əmək haqqları artırıldı

Azərbaycanda gələn il üçün deputatların əmək haqqı xərcləri açıqlanıb.

Gələn il Milli Məclis və onun aparatının saxlanılmasına 23089714 manat xərclənəcək.

Bu, Azərbaycan parlamentinin “2017-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, 2017-ci ildə Milli Məclisin saxlanılması dövlət büdcəsinə bu illə müqayisədə 1,74% və yaxud 394780 manat baha başa gələcək. Parlamentə ayrılması nəzərdə tutulan vəsaitin 72,17%-i və yaxud 16664786 manatı əməyin ödənişi fonduna yönəldiləcək. Bunun isə 14,66%-i və yaxud 2443608 manatı deputatların əmək haqqının ödənilməsinə sərf olunacaq. Gələn il Milli Məclislə əməkdaşlıq edən ekspertlərə 270000 manat, parlamentin aparatında çalışan şəxslərə 2607336 manat, deputat köməkçilərinə 1365000 manat, Milli Məclisin İşlər İdarəsinin əməkdaşlarına 1513524 manat əmək haqqı ödənilməsi nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, bir neçə gündür ki, bəzi millət vəkillərini əmək haqqlarının azlığından şikayət edərək dolana bilmədiklərini söyləmişdilər.

report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button