2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Administrasiyası Gürcüstanı "xarici agentlər haqqında qanundan" imtina etməyə çağırır

Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini ilk oxunuşda qəbul etdikdən sonra ABŞ Gürcüstan hökumətinə bu qanun layihəsi ilə əlaqədar “ciddi narahatlığını” bildirməyə davam edir, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib. 

Müxalifətin “Rusiya” qanunu adllandırdığı sənəd qəbul edildiyi təqdirdə Gürcüstan vətəndaşlarının həyatının yaxşılaşdırılması üzərində işləyən vətəndaş cəmiyyəti təşkilatlarına və ölkə vətəndaşlarını məlumatlandıran Gürcüstan KİV-lərinə damğa vura bilər”, deyə Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel gündəlik brifinqdə bildirib.

“Bu cür qanunvericilik Aİ normalarına və dəyərlərinə uyğun deyil, bu da, şübhəsiz ki, Gürcüstanın bəyan etdiyi məqsədə – Aİ üzvü olmaq məqsədinə mənfi təsir edir”, deyə Patel Turan-ın müxbirinin sualına cavabda bildirib. 

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda o, Gürcüstan məmurları ilə bununla bağlı sonuncu danışıqlara dair əlavə şərh verməkdən çəkinib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button