2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ, Almaniya və Fransa diplomatları Azərbaycan XİN-ə çağırılıb 

28 noyabrda Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

Toplum TV xəbər verir ki, bu barədə noyabrın 28-də XİN məlumat yayıb. 

Rəsmi Bakı bu ölkələrdə qeydiyyatda olan təşkilatların “AbzasMedia” portalı ilə qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi bildirilib. 

Saytların yığılması Saytlarin yigilmasi

“Sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib”, – məlumatda qeyd olunub. 

Qanunsuz yolla transfer həyata keçirilən təşkilatların arasında ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların adları çəkilib. 

Bu təşkilatların qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozduğu və bunun ciddi qanun pozuntusu olduğu vurğulanıb.

Sözügedən ölkələrin səfirliklərinin və onlara məxsus təşkilatların qanunvericiliyə zidd hərəkətləri Vyana Konvensiyasının da pozuntusu olduğu qeyd edilib.

Azərbaycan tərəfi sözügedən faktlarla əlaqədar milli qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək hüququnu özündə saxladığınə diqqətə çatdırıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button