Gündəm
ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası haqqında sazişi alqışlayır
![](https://www.az24saat.org/wp-content/uploads/2024/04/GoHCsF01sUatRBobYJaE3L0i0N0gh5VwfOZ70hJA-1600-900-fit.webp-780x470.webp)
Çərşənbə günü ABŞ Ermənistan və Azərbaycanın sərhəd hissəsilə bağlı razılığa gəlməsi və hər iki ölkənin öz sərhədlərinin demarkasiyası üzərində işləməsi barədə xəbərləri” “alqışlayıb”, Turan-ın Vaşinqton müxbiri bildirib.
“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsi barədə razılığa gəlməsinə dair məlumatı alqışlayırıq”,- Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel gündəlik brifinqdə Turan müxbirinə bildirib.
“Bu, davamlı və layiqli sülh müqaviləsi bağlamaq üçün vacib bir addımdır”, – o deyib.
Patelin şərhləri bu həftənin əvvəlində Bakı və Yerevan ilk sərhəd nişanının qoyulduğunu elan etdikdən sonra səslənib.