2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ Bakı və Yerevan arasında dialoqun bərpa edilməsini alqışlayır

Bakı/02.12.21 ABŞ Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun bərpa edilməsini alqışlayır və tərəfləri hərbi əsirlər, minatəmizləmə, itkin düşmüş şəxslər problemi də daxil olmaqla, humanitar məsələləri həll etməyə, insan hüquqlarının və beynəlxalq humanitar hüququn pozulması hallarını araşdırmağa çağırır. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Stokholmda ATƏT XİN başçıları Şurasının iclasında çıxış edərkən bildirib. O, ABŞ və Rusiyanın irəliləyişə nail olmaq üçün bu məsələdə əməkdaşlıq edə biləcəklərinə ümidini ifadə edib.

Daha sonra Blinken Bakı və Yerevanı sərhədin delimitasiyası və demarkasiyası prosesinə, habelə iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasına başlamaq, “Qarabağ münaqişəsinin dinc həlli üçün” ATƏT-in Minsk Qrupu ilə işi davam etdirməyə çağırıb. -02D-

 

Saytların yığılması Saytlarin yigilmasi

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button