2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ bioloji laboratoriyalarla bağlı  iddiaları yalanlayır 

Xidmət həmçinin bildirir ki, qarşı tərəf faktlar təqdim etdiyi halda araşdırmalara hazırdır
Dünən, mayın 9-da ABŞ Dövlət Departamentindən Qərbin Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə gizli bioloji tədqiqat laboratoriyaları yaratması ilə bağlı Rusiyanın iddialarını təkzib edilib. Bu barədə “Turan” Agentliyi xəbər yayıb.
“Biz bilirik ki, bu, yalandır”, – Dövlət Departamentinin mətbuat katibi Ned Prays gündəlik brifinqdə “Turan” sualının cavabında deyib.
O daha sonra da bunları əlavə edib:
“Biz kimyəvi silah və bioloji silah üzrə konvensiyalarla bağlı öz mövqeyimizi çox dəqiq müəyyənləşdirmişik. Ukrayna və digər ölkələrin də mövqeyi belədir, amma bunu Rusiya haqda demək olmaz”.
***
Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycanda üçüncü ölkənin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəliyyət göstərməsi ilə bağlı Rusiya tərəfindən səslənən iddiaların əsassız olduğunu bildirir.
Xidmət hesab edir ki, bununla Azərbaycana qarşı əsassız iddialar irəli sürülüb.
“Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir.”
DTX bildirir ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməyib, o cümlədən ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmayıb.
“Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur”.
Məlumatın sonunda həmçinin vurğulanır ki,” tərəfdaşlıq münasibətlərindən çıxış edərək, müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onların araşdırılmasına hazır olduğumuzu bildiririk”.
Rusiya tərəfindən belə bir iddia birinci dəfə deyil ki, səsləndirilir. Hələ 2018 və 2020-ci illərdə Moskva Gürcüstanda əvvəlcə “insanlar üzərində təcrübə aparan”, daha sonra isə “xəstəliklər yayan həşəratlar” üzərində eksperimentlər aparan bioloji laboratoriyaların olduğunu iddia edib.
Rusiya Xarici İşlər Nazirliyinin iddiasına görə, bu eksperimentlər Tbilisidəki Richard Lugar adına ictimai sağlamlıq mərkəzində aparılır. İddiada həm də bu eksperimentlərin ABŞ-ın dəstəyi ilə həyata keçirildiyi yer alıb. CurrentTime saytının yazdığına görə, həmin vaxt Rusiya öz mütəxəssislərinə bu laboratoriyaya və onun bütün sənədlərinə giriş verilməsini tələb edib.
Tbilisidə Rusiya tərəfinin bu ittihamlarını “dezinformasiya” adlandırıblar və xatırladıblar ki, sözü gedən laboratoriya Gürcüstanda hələ sovet dövründən fəaliyyət göstərir.
Bundan başqa Rusiya fevralın 24-də hücum etdiyi Ukrayna ərazisində də oxşar bioloji laboratoriyaların mövcudluğunu iddia edib. Belə bir iddianı Rusiyanın Müdafiə Nazirliyi 2022-ci il aprelin 6-da yayıb.
“Komsomolskya Pravda”nın Rusiya Müdafiə Nazirliyinə istinadən aprelin 14-də yaydığı məlumatda deyilir ki, Ukrayna ilə yanaşı keçmiş sovet respublikalarında, Gürcüstan, Moldova və Azərbaycanda da elmi-texniki mərkəzlərdə bioloji proqram sahəsində 5 mindən çox elmi -araşdırma layihələri həyata keçirlib. Amma bu açıqlamada “bioloji silah” məsələsi qeyd olunmur.
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda da Rusiyanın hansı qurumunun və konkret nə vaxt Azərbaycanda bioloji laboratoriyaların mövcudluğu barədə məlumat yaydığı aydın göstərilmir.

24 saat” “
ABŞ bioloji laboratoriyalarla bağlı  iddiaları yalanlayır 
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button