2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ-da Azərbaycana sanksiyalar “istənilir”

Sənədin hazırlanması Qarabağ müharibəsi və Azərbaycanda “hökumətin müxalifətə qarşı sərt repressiyaları”ndan “ciddi narahatlıq”la əlaqəlidir, bu gün yayılan xəbərdə deyilib.

Azərbaycan Xarici İşlər Nazirliyi iddia edilən qanun layihəsiylə bağlı şərh verməyib. “Hələlik şərhimiz yoxdur”, XİN sözçüsü Ayxan Hacızadə BBC-yə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Sənəd barədə xəbərlərin yayılmasından az sonra, Azərbaycanda həbsdə olan iqtisadçı-alim Qubad İbadoğlu bu gün azad olunub.

“Azərbaycanda Sanksiyalara Baxış Aktı” adlandırılan sənəd barədə ilk dəfə, ötən həftə konqresmen Dina Titus Konqresdə “erməni soyqırımının” anım mərasimindəki çıxışında bəhs edib. Tədbir erməni diasporası təşkilatı ANCA-nın dəstəyilə keçirilib.

Dina Titus və onun başçılıq etdiyi ikipartiyalı və ikipalatalı qanunvericilər qrupu sənədin müəllifidir.

O, çıxışında deyib ki, bu həftə “2024 Azərbaycanda Sanksiyalara Baxış Aktı”nı təqdim etməyi planlaşdırır.

“Bu, Artsaxda (Qarabağ erməniləri yaşadıqları ərazini belə adlandırırlarred.) etnik təmizləməni idarə edən və ya həyata keçirən Azərbaycan rəsmilərinə qarşı müxtəlif sanksiyalar tətbiq edəcək. Bu cür hərəkətlərə görə onların cavab vermək vaxtıdır”, – Titus deyib.

Azərbaycan bundan əvvəl özünə qarşı “etnik təmizləmə” iddialarını rədd edib və deyib ki, Qarabağ 1990-cı illərin əvvəlində ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb və azərbaycanlılar evlərini tərk etməli olublar.

Dina Titus-un ofisindən BBC News Azərbaycancaya hazırlanan qanun layihələri barədə şərh vermədiklərini deyiblər.

Amerika Erməni Milli Komitəsinin saytında Dina Titusun lobbiçilik fəaliyyəti barədə təfərrüatlı məlumatlar var.

Sənəd barədə X platformasında məlumat paylaşan ABŞ-da yaşayan azərbaycanlı jurnalist Ələkbər Raufoğlu sənəd barədə məlumatı Konqresdəki mənbələrindən aldığını yazıb.

Sənəd qəbul edilərsə, Azərbaycanda yüksək vəzifə tutan 41 şəxsə, o cümlədən hərbçilər, hakimlər, müstəntiqlər və digərlərinə sanksiya tətbiq edilə bilər.

Onlar qanun layihəsində “ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan” şəxslər kimi səciyyələndirilib.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button