Siyasət
ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya gəlir – SƏBƏB?
ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasında ölkəsini təmsil edəcək.
Bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən məlumat verilib.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının 3-cü iclası 23 fevralda keçiriləcək.
Şuranın ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.