2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Gürcüstanda dinc etirazları dəstəkləyir

Çərşənbə axşamı Birləşmiş Ştatlar Gürcüstanda təşəbbüsü Kremlə aid olan “xarici agentlər haqqında” qanuna qarşı davam edən dinc etirazlara dəstəyini ifadə edib və hakimiyyəti etirazçılara qarşı zorakılıqdan çəkinməyə çağırıb, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verib.

“Biz insanların dinc etirazlar və nümayişlər keçirmək hüququnu dəstəkləyirik və bu cür etirazların zorakılığa çevrilməsinin əleyhinəyik”, deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Turan-ın sualına cavabda bildirib.

Patel Vaşinqtonun “xarici agentlər haqqında” qanun layihəsinin “Gürcüstanın Aİ-yə daxil olmaq səyləri” ilə “bir araya sığmadığı” haqqında qiymətləndirməsini təkrar edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Başa düşməlisiniz ki, biz, kütləvi informasiya vasitələrinə və vətəndaş cəmiyyəti təşkilatlarına qarşı yönəlmiş bir sənəddən danışırıq”, deyə o, qeyd edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button