2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Konqresinin Azərbaycana qarşı siyahısındakı yeni adlar məlum olub

ABŞ Konqresinin sanksiya tətbiq etmək niyyətində olduğu azərbaycanlı dövlət məmurlarının siyahısına (41 nəfər) üç yeni ad əlavə edilib.

Ötən həftə Dina Titusun rəhbərliyilə bir qrup konqresmen insan hüquqlarının pozulmasına və hərbi əməliyyatlara görə azərbaycanlı yüksək vəzifəli məmurların cəzalandırılmasına imkan verəcək qanun layihəsini (HR8141) Nümayəndələr Palatasına təqdim edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

Bu qanun layihəsi Konqres üzvləri arasında tərəfdarları toplamağa davam edir. Hazırda həmmüəlliflərin sayı 21-dən 27 konqresmenə çatıb. Son tərəfdarlar arasında qanun layihəsinə qoşulan konqresmenlər Den Qoldman, Mişel Stil və Mayk Kuiqli də var.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan öncə Turan bildirib ki, qanunun son versiyasında 44 azərbaycanlı məmurunun siyahısı var – Konqresə təqdim olunan variantda adları göstərilən üç yeni məmur aşağıdakılardır:

— Kərim Vəliyev, Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi;

— Nemət Əvəzov, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi;

—Azər Tağıyev, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi.

Ötən həftə təqdim edildikdən sonra qanun layihəsi Konqresin Xarici işlər komitəsinə və Hüquq komitəsinə təqdim edilib, hələlik gələcək adımlar atılmayıb.

Qanun layihəsi qəbul olunarsa, Konqres Bayden administrasiyasından tələb edəcək ki, Azərbaycanda siyasi müxalifətə qarşı amansız repressiyalara və ötən il Qarabağda hərbi əməliyyatlara görə “Maqnitski qanunu” çərçivəsində azərbaycanlı məmurlara qarşı sanksiyalar tətbiq etsin.

ABŞ Konqresi bir qrup azərbaycanlı dövlət məmuruna qarşı sanksiyalar haqqında qanun layihəsi hazırlayır

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button