2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Moskvanı Zaporojyedən çıxmağa çağırır

Bazar ertəsi ABŞ bildirib ki, Zaporojye AES-də reaktorun əsas qoruyucu qabığına zərbələr barədə məıumatdan sonra AES-dəki vəziyyəti izləməyə davam edir.

“Biz Zaporojye AES-ə pilotsuz təyyarənin hücumundan xəbərdarıq”, – brifinq zamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Turan-ın müxbirinin sualının  cavabında deyib. 

“Biz MAQATE-nin rəsmi hesabatları vasitəsilə də vəziyyəti izləməyə davam edirik və onlara görə,  pilotsuz təyyarənin vurduğu ziyan nüvə təhlükəsizliyini təhdid altına qoymayıb”, – o əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Dünən MAQATE  bildirib ki, Zaporojye AES-in reaktorunun qoruyucu qabığının əsas konstruksiyaları ən azı üç dəfə birbaşa zərbələrə məruz qalıb. Həm Rusiya, həm də Ukrayna bunda bir- birini günahlandırıblar.

«Biz əminik ki, Rusiya Avropadakı  ən böyük Ukrayna Atom Stansiyasını ələ keçirməklə çox təhlükəli oyun oynayır. Biz Rusiyanı öz hərbi və mülki heyətini AES-dən çıxarmağa, AES-ə tam nəzarəti Ukraynanın  səlahiyyətli hakimiyyətinə qaytarmağa və AES-də nüvə insidentinə səbəb ola biləcək istənilən hərəkətdən çəkinməyə çağırırıq”, – Miller deyib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button