2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

ABŞ nümayəndələrindən Türkiyəyə qalmaqallı məktub

2023-07-09 15:45:23

NATO-nun Vilnüs sammiti üçün geri sayım davam edir.

2023-cü ilin ən mühüm görüşü kimi tanınan sammitə saatlar qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Dünya sammiti və Türkiyənin qərarını gözlədiyi bir vaxtda ABŞ-dan qalmaqallı addım gəldi.

Yunanıstanın “Proto Thema” qəzetində yer alan xəbərə görə, 6 ABŞ deputatı dövlət katibi Blinkenə məktub göndərib.

Sözügedən xəbərə görə, ABŞ millət vəkilləri Xarici İşlər Nazirliyinə Egeydə Yunanıstanın suverenliyinin pozulmaması üçün bir nəzarət mexanizmi yaratmağa çağırıblar.

‘ABŞ deputatları: Türkiyənin Yunanıstana qarşı F-16-lardan istifadə etməməsinə əmin olun’ başlıqlı xəbərdə bu ifadələrə yer verildi;

‘Məktubda Türkiyənin rəftarından asılı olaraq nəzarət mexanizminin təyyarələrin təhvil verilməsini dondura, təxirə sala və hətta ləğv edə biləcəyinə diqqət çəkilir. Onlar həmçinin qeyd edirlər ki, Ankara ABŞ-ın milli təhlükəsizlik maraqlarına və NATO alyansının birliyinə xələl gətirəcək addımlar atmayacaq”.

Qalmaqallı məktubda Kris Papas, Qus Bilirakis, Frank Palone, Con Sarbanis, Dina Titus və Nikol Malliotakisin imzaları var.

ABŞ qanunvericiləri iddia edirlər ki, F-16 müqaviləsi təsdiq olunarsa, ABŞ hökumətinin Türkiyəyə göndərəcəyi Təklif və Qəbul Məktubuna (LOA) müəyyən şərtlər daxil edilə bilər.

Deputatlar məktubun girişinə aşağıdakı ifadələri daxil edirlər:

“Biz İsveçin NATO-ya daxil olması ilə əlaqədar F-16 qırıcı təyyarələrinin və modernizasiya dəstlərinin satışı ilə bağlı ABŞ və Türkiyə arasında aparılan müzakirələrdən yazırıq. Əgər Türkiyəyə F-16-ların və modernizasiya dəstlərinin satışına dair razılaşma nəzərdən keçirilirsə, biz şiddətlə tövsiyə edirik ki, Türkiyə ABŞ-ın milli təhlükəsizliyini təhdid edən və ya pozan hərəkətlər edərsə, hər hansı yekun razılaşmaya bu cür silahların təhvil verilməsini dayandırmaq, gecikdirmək və ya geri götürmək mexanizmlərini ehtiva etsin. ‘

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button