2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

ABŞ Peskova, Usmanova, Rotenberqlərə sanksiyalar elan edir

“Dilbər” yaxtasının dəyəri 600 milyon dollardır. O, ötən ilin oktyabrından Hamburqdakı Blohm+Voss gəmiqayırma zavodunda təmirdədir
Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya müdaxiləsinə görə sanksiyalanan rusiyalıların siyahısını genişləndirib.
Qara siyahıya Rusiyanın 19 biznesmen və məmuru və onların 47 ailə üzvü salınıb.
İndi siyahıda Rostex şirkətinin rəhbəri Sergey Çemizovun, Putinin yaxın dostları – milyarderlər Arkadi və Boris Rotenberqlərin, Əlişir Usmanovun, Transneftin rəhbəri Nikolay Tokarevin, Putinin sözçüsü Dmitri Peskovun, “Putinin aşpazı” ləqəbli Yevgeni Priqojinin və başqalarının adları var.
Bu şəxslərlə bağlı olan şirkətlərə də sanksiayalar elan edilib.
Siyahıya salınanların ABŞ-a girişinə qadağan qoyulur, bu ölkədəki sərvətləri dondurulur.
ABŞ habelə Rusiyanın təyyarə tikintisi müassisələrinə, o cümlədən İrkutsk aviasiya zavoduna və Aviastar müəssisəsinə sanksiyalar elan edilib.
Usmanovun ‘Dilbər’i müsadirə olunub
Almaniya hakimiyyəti Avropa İttifaqının sanksiya siyahısına düşmüş rusiyalı milyarder Alişir Usmanovun Hamburqdakı 156 metrlik yaxtasını müsadirə edib. Bu haqda Forbes yaxta biznesində üç mənbəyə istinadla xəbər yayıb.
“Dilbər” yaxtasının dəyəri 600 milyon dollardır. O, ötən ilin oktyabrından Hamburqdakı Blohm+Voss gəmiqayırma zavodunda təmirdədir.
Forbes-un mənbələri yaxtanı təmir edən işçilərin çərşənbə günü işə çıxmadığını deyiblər. Usmanovun təmsilçiləri məsələni şərh etməyib.
Yaxta 2016-cı ildə müəllif layihəsi əsasında hazırlanıb, onun hazırlanması təxminən 5 il çəkib. 16 min tona yaxın su tutumu ilə dünyada ən böyük yaxta sayılır.
Yaxtada üzgüçülük hovuzu, iki vertolyot meydançası, sauna var.
Rusiya Ukraynaya irimiqyaslı silahlı hücuma başlayandan sonra Usmanov digər iri biznesmenlərlə birlikdə sanksiya siyahısına salınıb.
Forbes rusiyalı milyarderlərə məxsus 32 meqa-yaxtanın olduğunu qeyd edir.

24 saat” “
ABŞ Peskova, Usmanova, Rotenberqlərə sanksiyalar elan edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button