2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Rusiyanın "nüvə təlimləri"nin təhlükəsi və Moskvanın "məsuliyyətsiz ritorikası" barədə

Kreml nüvə təlimlərinin keçirilməsi barədə elan etdikdən sonra bazar ertəsi ABŞ Rusiyanın “məsuliyyətsiz ritorikasını” pisləyib. Eyni zamanda, ABŞ Rusiyanın strateji mövqeyində heç bir dəyişiklik görmür.

“Bütün münaqişə boyu Rusiyanın nüvə ritorikası gülünc və məsuliyyətsizdir”, – Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə Turan-ın suallarını cavablandırarkən bildirib.

“Bununla belə, biz bu bəyanatlara cavab olaraq öz nüvə siyasətimizi tənzimləmək üçün heç bir səbəb görmürük, həmçinin Rusiyanın Ukraynada nüvə silahı tətbiq etməyə hazırlaşdığına dair əlamətlər görmürük”, – Miller əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bazar ertəsi Kreml artıq nüvə təlimlərinə hazırlaşmağa “başladığını”  bildirib və  günahı Ukraynaya qoşun göndərmək niyyətini ifadə edən “Fransa və digər ölkələrin” üzərinə atıb.

Öz növbəsində, Kiyev Moskvanın bəyanatını “Putin rejiminin nüvə şantajı” adlandırıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button