2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ və Britaniya Yəməndə Husi qruplaşmasına qarşı hava hücumlarına başlayıb

ABŞ Prezidenti Joe Biden bəyan edib ki, hava zərbələri husilərin noyabrdan bəri Qırmızı dənizdəki gəmilərə etdiyi hücumlara cavabdır.

İranın dəstəklədiyi Husi silahlılarının xarici işlər nazirinin müavini ABŞ və Britaniyanı xəbərdar edərək, bu ölkələrin etdikləri “açıq aqressiyaya görə ağır cəza çəkəcəklərini” deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Ağ Ev rəhbəri Biden missiya çərçivəsində Niderland, Avstraliya, Kanada və Bəhreynin də dəstək verdiyini açıqlayıb.

Rusiya ABŞ və Britaniyanın Yəmənə etdikləri hücumlarla bağlı cümə günü BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağrılmasını təklif edib, ölkənin BMT-dəki daimi nümayəndəsi bildirib.

Qurumun iclasının bu gün Bakı vaxtı ilə 19:00-da Nyu-Yorkda baş tutması gözlənilir, TASS xəbər agentliyi yazıb.

Təhlükəsizlik Şurası çərşənbə günü Husilərdən Qırmızı dənizdəki gəmilərə yönəlik hücumları dərhal dayandırmağı tələb edən qətnamə irəli sürüb.

Rusiya və Çin, Əlcəzair və Mozambik də daxil olmaqla səsvermədə bitərəf qalıblar, digər 11 üzv isə sənədin lehinə səs verib.

İran və Hizbullah ABŞ və Britaniyanın birgə hücumlarını “Yəmənin suverenliyinin və ərazi bütövlüyünün pozulması” kimi qiymətləndiriblər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani nazirliyin Telegram kanalında bildirib ki, hücumların “regionda təhlükəsizliyi və sabitliyi pozmaqdan başqa bir nəticəsi olmayacaq”.

Səudiyyə Ərəbistanı ABŞ-ı və onun müttəfiqlərini təmkin nümayiş etdirməyə və “eskalasiyadan çəkinməyə” çağırıb.

Rəsmi Ər-Riyad bölgədə baş verənləri “böyük narahatlıqla” izlədiyini bildirib.

Hücumların Yəmənin paytaxtı Səna şəhərində, eləcə də husilərin nəzarətində olan Qırmızı dəniz limanı sayılan Hudeyda, Damar şəhərlərində və Saada yaşayış məntəqəsinin şimal-qərbində həyata keçirildiyi deyilir.

Husilər Yəmənin böyük bir hissəsinə nəzarət edir. Onlar İsrailə gedən gəmiləri hədəf alaraq müttəfiqləri Həmasa dəstək göstərdiklərini bildiriblər.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button