2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ və Avropa Rusiyanın aktivlərindən Ukraynanın maraqları üçün istifadə edir

Cümə axşamı Birləşmiş Ştatlar Avropa ilə Rusiya aktivlərindən Ukraynanın maraqları üçün istifadənin təmin edilməsi üzərində işlədiyini bəyan edib. Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib.

Çərşənbə günü Aİ Rusiyanın müsadirə edilmiş aktivlərindən Ukraynanın silahlandırılması və ölkənin bərpasının maliyyələşdirilməsi üçün istifadəyə razılıq verib.

“Biz dondurulmuş aktivlərdən Ukraynanın rifahı üçün istifadə edəcəyimizə zəmanət vermək üçün Avropalı tərəfdaşlarımızla işləməkdə davam edirik”, deyə Miller brifinqdə Turan-ın suallarına cavabda bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O, həmçinin təsdiq edib ki, Vaşinqton “yaxın həftələrdə” Ukraynaya yeni hərbi yardım paketləri ayırmağı planlaşdırır.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button