2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

ABŞ və Avstraliya arasında çoxlu raket buraxılış sistemi planı

2023-07-29 17:12:31

class=”mediyanet-inline-adv”>

ABŞ-ın müdafiə naziri Lloyd Ostin və ABŞ dövlət katibi Entoni Blinken Avstraliyanın Kvinslend şəhərində keçirilən Avstraliya-ABŞ Nazirlər Dialoqunda (AUSMIN) iştirak ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz Avstraliyanın müdafiə sənayesi ilə bir sıra qarşılıqlı faydalı təşəbbüslər həyata keçiririk və bunlara Avstraliyaya 2025-ci ilə qədər özünün çoxsaylı raket buraxılış sistemini istehsal etməsinə kömək etmək öhdəliyimiz daxildir”, – müdafiə naziri Ostin avstraliyalı həmkarı Riçard Marleslə keçirdiyi mətbuat konfransında deyib. Ostin qeyd edib ki, həyata keçiriləcək plan ABŞ-ın texnoloji üstünlüyünü kəskinləşdirməklə yanaşı, həm də müdafiə sənayesi bazasını gücləndirəcək.

Avstraliyanın müdafiə naziri Riçard Marles, “Burada idarə olunan silah və partlayıcı sursat şirkəti yaratmaq üçün atdığımız addımlardan həqiqətən məmnunuq” dedi. İki ölkə arasındakı ortaq sənaye bazası çərçivəsində iki il ərzində Avstraliyada raket istehsalına başlamağa ümid etdiyini ifadə edən Marles, ikitərəfli razılaşma çərçivəsində Amerika nüvə enerjili sualtı qayıqlarının Avstraliya sularını daha tez-tez ziyarət edəcəyini bildirib.
Covid-19 pandemiyası səbəbiylə 2019-cu ildən bəri ilk dəfə yüksək səviyyəli görüşə ev sahibliyi edən Avstraliya, Çin kimi mümkün təhdidlərə qarşı məsafəni tarazlaşdırmaq üçün uzun mənzilli hücum metodlarına keçərək öz silahlı qüvvələrinə sərmayə qoyur.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button