2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ və Böyük Britaniya universitetlərinin professorları Qubad İbadoğlunu azad etməyə çağırırlar

ABŞ-da çalışan 22 professor Qubad İbadoğlunun azad olunması çağırışı ilə müraciət imzalayıblar. Bu barədə Azərbaycan Demokratiya və Rifah Partiyasının həbsdə olan sədri və professoru Qubad İbadoğlunun qardaşı Qalib Toğrul məlumat verib.

Onun sözlərinə görə, 2 universitetin – Duke University və University of North Carolina at Chapel Hill-in professorları Qubad İbadoğlunun azadlığa buraxılmasına yardım etməsi üçün ABŞ dövlət katibi Entoni Blinkenə müraciət ünvanlayıblar.

Qalib Toğrul qeyd edib ki, Q.İbadoğlu vaxtilə həmin universitetlərdə çalışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Professorların ünvanladığı müraciətdə Qubad İbadoğlunun qanunsuz həbsindən 250 gün ötməsi, səhhətinin ağır vəziyyətdə olması, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarının onu ziyarət etməsinə imkan verilməməsi xatırladılır və bütün beynəlxlaq təşkilatlar və hökumətlər professorun azadlığa buraxılması və ona adekvat tibbi yardım göstərilməsi və ədalətli və şəffaf məhkəmə üçün hərəkətə keçməyə çağırılır: “Biz bilirik ki, o, Azərbaycanda neft gəlirlərinin xalqın rifahı naminə şəffaf xərclənməsini tələb edən prinsipal adamdır. Biz onun tədqiqatları ilə fəxr edir və hazırda məruz qaldığı əzab-əziyyətlərə görə kədərlənirik”.

Müraciətdə ABŞ-lı alimlərin Azərbaycan hökumətinə dəfələrlə professor Qubad İbadoğlunun həbsdən azad edilməsi ilə bağlı çağırış etdikləri, lakin bunun nəticəsiz qaldığı da vurğulanır.

Böyük Britaniyanın iki nüfuzlu universiteti də qanunsuz həbsdə saxlanılan professor həmkarlarının azad olunması ilə bağlı rəsmi mövqe ifadə ediblər.

London İqtisadi və Siyasi Elmlər Məktəbi (The London School of Economics and Political Science) və Oksford Universiteti (Oxford University) həbsindən 250 gün ötən professor Qubad İbadoğlunun azad olunması prosesinə töhfə verməsi xahişi ilə Böyük Britaniyanın xarici işlər naziri Devid Kamerona müraciət ünvanlayıblar.

Müraciətdə Qubad İbadoğlunun səhhətinin kəskin pisləşdiyi, həyati təhlükəsinin davam etdiyi vurğulanır və onun tezliklə həbsdən azad olunması üçün Böyük Britaniya hökumətinin əlindən gələni etməsinə çağırış olunur.

* 2023-cü il iyulun 23-də saxlanılıb, Bakının Nərimanov rayon məhkəməsi Qubad İbadoğlunu CM-in 204.3.1 (saxta pulların satışı) və  167.3.1-ci (dini ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılması) ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib.

Bir çox ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ-ın senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar. O, siyasi məhbus kimi tanınıb.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button