2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ yüzlərlə Rusiya vətəndaşına və bir Azərbaycan vətəndaşına qarşı sanksiyalar tətbiq edib

Cümə günü ABŞ hakimiyyəti Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı ən böyük sanksiyalar paketini qəbul edib.

Onlar arasında Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümündə rolu olanlar da var.

Prezident Bayden öz bəyanatında sonuncu sanksiyaları Vladimir Putinin “ölüm və məhvetmə” addımlarına cavab adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sonuncu paket Rusiyanın maliyyə sektoruna, müdafiə sənayesinə sanksiyalardan yayınmaqda kömək edən yüzlərlə şəxsə yönəlmiş ikinci dərəcəli sanksiyaları ehtiva edir.

Azərbaycan vətəndaşı Mehdi Qafarzadə də onlar arasındadır. ABŞ-ın məlumatına görə, Qafarzadə Qırğızıstanda yerləşən, ABŞ-ın sanksiyalarını pozaraq, Rusiyaya təyyarə komponentləri və aviasiya ehtiyat hissələri göndərən Ukon şirkətinin baş direktorudur.

ABŞ həmçinin Rusiyaya məhsul tədarükünün qarşısını alan 100-ə yaxın yeni ixrac məhdudiyyəti tətbiq edir, ixracçılara nəticələr barədə xəbərdarlıq edir.

Bu arada, bayden cümə günü öz bəyanatında Amerika konqresinin üzvlərini Ukraynaya 60 milyard dollar ölçüsündə maliyyə yardımı göstərilməsi haqqında qərarı nəhayət qəbul etməyə çağırıb. Bu vəsaitin böyük hissəsi ABŞ-da silah istehsal edilməsinə və bu silahların Ukraynaya göndərilməsinə ayrılacaq.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button