2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Adil Qeybulla Saleh Rüstəmlinin vəziyyəti barədə

Bakı/15.12.21 40 gündür aclıq edən Saleh Rüstəmliyə dəstəkləyici müalicə göstərilir. Bu barədə dekabrın 15-də həkim Adil Qeybulla Turan agentliyinə bildirib. O, Penitensiar Xidmətin müalicə müəssisəsində Rüstəmliylə görüşüb.

“O, müəyyən müalicə alır. Bu gün ona kardioqramma etdilər. Amma aclıq edən  adam üçün istənilən yan xəstəliklər təhlükəlidir. Hətta yüngül soyuqdəymə fəsadlara səbəb ola bilər. Buna görə də dəstəkləyici müalicə aparılır”, – həkim deyib.

Onun sözlərinə görə, Rüstəmli su qəbulundan imtina etsə də, ona infuziya yoluyla maye verilir. Qeybulla özü də müalicə prosedurlarında iştirak edib.

Saytların yığılması Saytlarin yigilmasi

Komaya düşmək təhlükəsinin olub-olmaması barədə sualın cavabında Geybulla deyib ki, həkimlər bunun qarşısını almaq üçün hər şeyi edirlər.

*Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ Müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlı saxtalaşdırılmış iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir.

Saleh Rüstəmli Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olarkən rayonun sərhədyanı kəndlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə Başkənd əməliyyatının rəhbərlərindən biri olub. —06B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button