2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Adil Qeybulla yenə Bəxtiyar Haciyevi müayin edib

“Bəxtiyar Hacıyevin vəziyyəti qənaətbəxş deyil.”

Saytların yığılması Saytlarin yigilmasi

Bunu fevralın 17-də həbsdə 39 gündür aclıq aksiyası keçirdiyi deyilən ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkən həkim Adil Qeybulla AzadlıqRadiosuna bildirib.

Onun sözlərinə görə, Hacıyev ona təklif edilən sistemdən imtina edib:

“Vəziyyətini yaxşı hesab etmək olmaz. Çəki itirib.”

Professor Adil Qeybulla bundan əvvəl də Hacıyevin yaxınlarının rəsmi qurumlara müraciətindən sonra onu həbsdə müayinə edib.

Hələlik, onun açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Müdafiə terəfi fevralın 17-də günün birinci hissəsi isə gənc fəalın çəkisinin 66,7 kiloqrama düşdüyünü açıqlamışdı.

Onlar Haciyevin təcridxanaya gətiriləndə 84,5 kiloqramda olduğunu bildirmişdilər.

Bundan əvvəl

Bəxtiyar Hacıyev fevralın 10-da Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsinə köçürülüb.O, dünən favralın 16-da sudan da imtina etdiyini açıqlayıb.

İctimai fəal ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edib.

Bu ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.O, ittihamla razı deyil.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan etmişdi. Bəzi ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırdığını bildirmişdi.

Amma yanvarın 9-da aksiyanı bərpa etdiyini açıqlayıb və hələ də davam etdirdiyi deyilir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button