2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Aksesuar istehsalçılarından biri sayəsində Google Pixel 7 Pro-nun render fotoları ortaya çıxıb

    Google şirkətinin yeni flaqman smartfonları olacaq Pixel 7 seriyası barəsində yeni məlumatlar ortaya çıxıb. Bu dəfə yeni məlumatlar Pixel 7 Pro modelini əhatə edir. Belə ki, sözügedən smartfonun keyfiyyətli render fotoları ortaya çıxıb. Yüksək keyfiyyətli render fotolar aksesuar istehsalı ilə məşğul olan brendlərdən biri tərəfindən təqdim edilib. Adətən smartfonlar üçün keyslər və ekran üzlüklərinin istehsal ilə məşğul olan brendlər hələ təqdim edilməmiş yeni məhsulların maketləri ilə render fotolarını öncədən əldə edirlər. Bu üsulla həmin istehsalçılar öncədən yeni cihazlar üçün öz məhsullarının istehsalına start verirlər. Bu dəfə bu cür hal Pixel 7 Pro smartfon modeli ilə yaşanıb.

Saytların yığılması Saytlarin yigilmasi

    Beləliklə təqdim edilmiş render fotolardan da görmək olar ki, smartfon kənar hissələri əyilmiş ekrana və arxa paneldə üfüqi şəkildə yerləşdirilmiş kameralar ilə təchiz olunacaq. Ümumilikdə Pixel 7 Pro-nun dizaynı Pixel 6 Pro-nun dizaynını xatırladır. Təqdim edilmiş render fotolardan birində ön kamera əks olunmayıb. Lakin məlumata əsasən ön kamera 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranın yuxarı mərkəz hissəsində yerləşəcək. Bununla yanaşı barmaq izi skanı texnologiyasının da birbaşa ekrana inteqrasiya ediləcəyi gözlənilir. Smartfonun performansından Google şirkətinin Tensor adlı fərdi prosessorunun ikinci nəsli cavabdeh olacaq. Google Pixel 7 smartfon seriyasının bu ilin oktyabr ayında təqdim ediləcəyi güman edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button