Cəmiyyət
ALDP mitinqlərə münasibət bildirdi
Azərbaycan Liberal Demokrat Partiysının (ALDP) Sədr Aparatının iclası keçirilib. İclasda partiyanın Qurultaya hazırlıq işləri və müxalifət partiyalarının 11 və 18 sentyabrda keçirəcəkləri mitinqlərlərə münasibət məsələləri müzakirə olunub.
ALDP sədrinin müavini Tərlan Həsənov Qurultaya hazırlıqla bağlı toplantı iştrakçılaınra məlumat verib. O, bildirib ki, hazırlıq işləri yekünlaşmaq üzrədir. Partiyanın əksər rayon təşkilatlarında konfranslar keçirilib. Qurultaya nümayəndələr müəyyənləşib.
Müxalifətin 11 və 18 sentyabrda keçiriləcəyi mitinqlərinə gəlincə, toplantıda çıxış edənlər bildiriblər ki, mitinqin təşkilatçıları tərəfindən partiya rəhbərliyinə aksiyada iştirakla bağlı rəsmi dəvət olmayıb. Buna baxmayaraq müxalifət partiyaların etiraz mitinqlərinə dəstək vermək vacib hesab olundu və qərara alındı ki, partiya üzvləri sərbəst olaraq mitinqlərdə iştrak edə bilələr.