Aleksandr Duqinin qızı avtomobilinin partlaması nəticəsində həlak olub
![Aleksandr Duqinin qızı avtomobilinin partlaması nəticəsində həlak olub](https://www.az24saat.org/wp-content/uploads/2022/08/Aleksandr-Duqinin-qizi-avtomobilinin-partlamasi-nəticəsində-həlak-olub-780x450.jpg)
Moskva ətrafında “Rus dünyası”nın sağçı radikal filosofu və ideoloqu Aleksandr Duqinin qızının avtomobili partlayıb.
Rusiya İstintaq Komitəsi ictimai təhlükəli şəkildə törədilmiş qətl faktı ilə bağlı cinayət iş. açıb.
Hadisə şahidlərinin sözlərinə görə, avtomobil hərəkətdə olarkən partlayıb və sükan arxasında olan qadın həlak olub. İstintaq Komitəsi bunun Daria Dugina olduğunu təsdiqləyib.
Daria Dugina atasının rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Hərəkatının siyasi şərhçisi olub.
“Kommersant”ın məlumatına görə, şənbə günü Aleksandr Duqin qızı Daria ilə birlikdə Prezident Mədəniyyət Təşəbbüsləri Fondu, Moskva vilayətinin Mədəniyyət və Turizm Nazirliyi və Odintsovo Administrasiyasının dəstəyi ilə keçirilən “Ənənə” vətənpərvərlik festivalında iştirak edib.
Tədbir başa çatdıqdan sonra Duqin və qızı birlikdə yola düşmək niyyətində olsalar da, sonda onlar müxtəlif avtomobillərə miniblər.
Aleksandr Duqin “Rus dünyasının” ideoloqlarından biridir, o, rus qoşunlarının Ukraynaya daxil olmasının və demək olar ki, bütün ərazisinin işğalının tərəfdarı olub. Amerika mediası onu “Putinin beyni” adlandırıb.
Duqinin ideyalarının Kremlin siyasətinə təsir etdiyi güman edilir. Atasının fikirlərini bölüşən Daria Dugina elə atası ilə birlikdə Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilmişdi.