2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Alen Simonyan: “Ermənistan sərhədlə bağlı razılığa gəlməsə, Azərbaycanla sülh sazişi imzalamayacaq”

Ermənistan parlamentinin spikeri Alen Simonyan tərəflərin razılığa gəlmədiyi təqdirdə (o cümlədən sərhədin delimitasiyası məsələsində)  Azərbaycanla heç bir sənədin imzalanmayacağını istisna etməyib. Aprelin 9-da parlamentdə çıxışı zamanı deyib ki, Azərbaycanla danışıqlar, işçi qrupların əlaqələri davam edir. Lakin bu o demək deyil ki, həmin danışıqlarda Ermənistanın öz ərazilərinə güzəştə getməsi müzakirə edilir.

“Əgər razılığa gəlməsək, ola bilsin ki, hansısa anda, ümumiyyətlə, nəsə imzalamaqdan imtina edərik”, – Simonyan deyib.

Milli Məclis sədrinin sözlərinə görə, müzakirəsi gedən Tavuş və Araratdakı kəndlərin Azərbaycana məxsus olması faktını bu gün parlamentdə müxalifət kimi oturan əvvəlki hakimiyyət də inkar etməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Simonyan qeyd edib ki, 2009-cu ildə inzibati-ərazi bölgüsü haqqında qanuna uyğun olaraq Tiqranaşen (Kərki) kəndi Paruyr Sevak kəndinin inzibati ərazisinə, Əskipara və Bərxudarlı kəndləri isə Voskepar və Azatamutun tərkibinə daxil edilib. Lakin qanunda xüsusi olaraq qeyd edilib ki, bu qərar Ermənistan-Azərbaycan münasibətləri nizamlanana qədər qüvvədə olacaq.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button