2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Alimlər Günəş enerjisini maye halına çevirə və onu özündə 18 il saxlaya bilən texnologiya yaradıblar

    İsveçli alimlər Molecular Solar Thermal (MOST) adlı yeni texnologiya yaradıblar. Sözügedən texnologiya Günəş enerjisini maye halına çevirə və onu özündə 18 il ərzində saxlaya bilər. Bundan əlavə olaraq alimlər tərəfindən termoelektrik generator yaradılıb. Yaradılmış generator xüsusi maye daxilində yaranan istiliyi katalizator vasitəsilə elektrik enerjisinə çevirə bilir. “Biz, hava şəraitindən, vaxtdan, ilin fəslindən və geoqrafik yerləşmədən asılı olmayaraq Günəş işığını elektrik enerjisinə çevrilmədə istifadə edə bilərik. Bu, CO2 ifrazı etmədən çalışa bilən qapalı sistemdir” – deyə alimlər qeyd ediblər. Alimlər tərəfindən yaradılmış yeni texnologiyanın çalışma prinsipi xüsusi hazırlanmış karbon, hidrogen azot molekuluna əsaslanaır.

Saytların yığılması Saytlarin yigilmasi

    Molekulun Günəş işığı ilə qarşılıqlı əlaqəyə girməsi zamanı atomlar molekulun konfiqurasiyasını dəyişərək onu enerji ilə zəngin olan izomerə çevirirlər. İzomer isə maye şəklində mövcud ola bilir. Bu sistemi kompakt ölçülü termoelektrik generatoru ilə birləşdirərək alimlər əldə edilmiş enerjinin elektrik enerjisinə çevrilməsinə nail olublar. Kompakt ölçülü termoelektrik generator isə ultranazik çip formasındadır və onu smartfonlar, qulaqlıqlar və smart saatlar kimi elektronik cihazlara inteqrasiya etmək mümkündür. Perspektiv cəhətdən bu cür texnologiya qapalı Günəş enerjisi sistemi vasitəsilə özü-özünü şarj edə bilən elektronik cihazların yaradılmasına gətirib çıxarda bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button