2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Alimlər Günəş sistemi daxilində hansı sayda planetin yerləşə biləcəyi barəsində məlumat veriblər

    Məlumdur ki, bizim Günəş sistemimiz 8 planetdən ibarətdir. Pluton artıq uzun müddətdir ki, planet statusundan çıxarılıb və o, cırtdan planet sinifinə daxil edilib. Hal hazırda alimlər müxtəlif planetlərdən ibarət 812 ədəd sistem barəsində məlumata sahibdirlər. Həmin sistemlər 3 və 3-dən daha çox planetə sahibdirlər. Təkcə Kepler-90 adlı sistemdə 8 planet mövcuddur. Lakin bu cür say göstəricisi ulduz sistemi üçün limit göstəricidirmi? Alimlərin sözlərinə əsasən bu, limit göstərici deyil. Lakin bu hələ ki, sadəcə olaraq nəzəriyyədir. Alimlər bildiriblər ki, ulduz sistemində təbii yol ilə məhz 8 planet yarana bilər. Lakin hansısa üsul ilə yeni ulduz sistemi yaratmaq mümkün olsaydı, onun daxilində 1000 ədəd planet mövcud ola bilərdi.

Saytların yığılması Saytlarin yigilmasi

    Nəzəri cəhətdən bunu yüksək inkişaf səviyyəsinə sahib sivilizasiya etmiş ola bilər. Lakin Bordo Astrofizika Laboratoriyasının astronomu olan Sean Raymond bu cür nəzəri Günəş sistemi modelini yaradıb. Onun yaratmış olduğu nəzəri model real Günəş sisteminin daxilində olan planetlərin sayından 1000 dəfə daha çox planeti saxlaya bilir. “Günəş sistemində hansı sayda planetin mövcud ola biləcəyi məsələsində bir çox faktoru nəzərə almaq lazımdır” – deyə Raymond qeyd edib.

    Raymond-un sözlərinə əsasən əgər insan sivilizasiyası yüksək inkişaf səviyyəsinə sahib sivilizasiya olsaydı, nəzəri cəhətdən biz yeni texnologiyalar vasitəsilə öz Günəş sistemimizi daha çoxlu sayda planetlə təmin edə bilərdik. Raymond tərəfindən yaradılmış nəzəri Günəş sistemində planetlərin yaradılması üçün nəzərdə tutulmuş maddənin miqdar limiti mövcud deyil. Əsas məsələ ondan ibarətdir ki, bu planetlər Günəş ətrafında dövr edən zaman bir-birilərinə mane olmasınlar. “Əsas məsələ planetlərin orbitləri kəsişməməlidir. Bununla yanaşı stabil planetar sistemin mövcudluğu üçün onlar öz aralarında kifayət qədər məsafəyə sahib olmalıdırlar” – deyə Raymond qeyd edib.

    Stabil planetar sistemdə müxtəlif planetlərin orbitləri arasındakı təhlükəsiz məsafə hər bir planetin ölüçüsündən asılıdır. Belə ki, böyük ölçülü planet kiçik ölçülü planetə qravitasiya təsiri göstərəcək. Buna görə də Yer kürəsi ilə Mars orbitləri arasındakı məsafə Mars ilə Yupiter orbitləri arasındakı məsafədən təqribi olaraq 7 dəfə kiçikdir. Bu səbəbdən də Günəş sisteminin  daxilində yerləşə biləcək orbitlərin sayı əsasən planetlərin ölçülərindən asılıdır. Nəticədə Günəş sisteminin daxilində çoxlu sayda planetin olması üçün həmin planetlərin ölçüləri böyük olmamalıdırlar.

    Əgər planetlər Günəş ətrafında əks istiqamətdə dövr etsəydilər, onlar arasındakı qravitasiya gücü və onların orbitləri arasındakı minimal təhlükəsiz məsafə daha kiçik olacaqdı. Günəş sistemində planetlərin sayını daha da artırmaq üçün bir neçə planeti eyni orbitdə yerləşdirmək olar. Alimlər güman edirlər ki, bu cür ehtimal bizim kainatda mümkündür. Lakin bu cür ehtimala sahib planetar sistemlər hələ aşkar edilməyib. Tədqiqatlardan birində alimlər güman ediblər ki, ulduz ətrafında bir orbitdə Yer kürəsi ölçüsündə 42 ədəd planet yerləşə bilər. Bir qayda olaraq planetlərin ölçüləri nə qədər kiçikdirlərsə, bir orbitdə onların sayı bir o qədər çox ola bilər. Raymond-un sözlərinə əsasən bu cür hal çox güman ki, təbii yol ilə baş verə bilməz. Lakin söhbət, planetlərin süni şəkildə yaradılmasından gedirsə, nəzəri model bunun mümkün olduğunu göstərir.

    Raymond tərəfindən yaradılmış nəzəri Günəş sistemi modelində əgər Yer kürəsi ölçüsündəki planetləri Günəş ətrafında yerləşdirməli olsaq, Günəş sistem daxilinə 57 orbit sıxışdırmaq olar. Hər bir orbitdə isə 42 ədəd planet olsa, nəticədə Günəş sistemi 2394 ədəd planetə sahib olar. Əgər Yer kürəsindən 10 dəfə kiçik ölçüdə olan planetləri Günəş ətrafında yerləşdirməli olsaq, Günəş sistemi daxilində 121 orbit yaratmaq olar və hər bir orbitdə 89 ədəd planet olsa, Günəş sistemi 10.769 ədəd planetə sahib olar. Əgər Günəş ətrafında yerləşdirilən planetlərin ölçüləri Yer kürəsinin ölçüsündən 100 dəfə kiçik olarsa, Günəş sistemi daxilində 341 orbit yaratmaq olar. Hər bir orbitdə isə 193 ədəd planet yerləşdirsək, Günəş sistemi ümumilikdə 65.813 ədəd planetə sahib olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button