Gündəm
Alman nazir Ağ evdəki Tramp ailəsini “kral ailəsi” adlandırdı
Almaniyanın Xarici işlər naziri Siqmar Qabriel ABŞ prezidenti Donald Trampun qızı İvanka Trumpa Ağ Evdə vəzifə verilməsini tənqid edib. O, ABŞ prezidentinin qohumlarını “kral ailəsi”nin üzvləri adlandırıb.
Qabriel müsahibəsində Trampın qızı ilə bərabər onun həyat yoldaşı Jared Kuşnerin də Ağ Evdə müşavirlik vəzifəsi tutmasına işarə edərək deyib: “Bəzi şeyləri qəribə hesab edirəm. Məsələn, (Trampın) qızının Almaniyaya gəlməsi mediada, az qala, dünya səviyyəsində bir hadisə kimi yayımlandı… Heç kimin seçmədiyi qohumların birdən rəsmi dövlət nümayəndələri olaraq ortaya çıxmalarından və özlərini kral ailəsinin üzvləri kimi aparmasından narahatlıq duyuram.”
azadliq.info
24saat.org
Mənbə – azadliq.info