Loading...
Loading...
Xəbərlər

Almaniya kanslerinin reytinqi rekord həddə aşağı düşüb

Almaniya kansleri Olaf Şolsun və hakim “svetofor” koalisiyasının reytinqləri 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb. (Almaniyada idarəedici koalisiyaya daxil olan SPD, FDP Bündnis 90/Die Grünen partiyalarının ənənəvi rəngləri svetoforun rənglərinə-qırmızı-sarı-yaşıl-uyğun gəlir.)

Bu barədə DW (Alman Dalğası radisu) İnsa sosioloji institutunun sorğusunun məlumatlarına istinadən xəbər verir.

Avqustun 21-də dərc olunmuş sorğunun nəticələrinə görə, almanların demək olar ki, üçdə ikisi – 62 faizi Şolzun işindən razı deyil, Almaniya əhalisinin yalnız dörddə biri onun nəticələrindən razıdır.

Bu, almanların 46 faizinin kanslerin hərəkətlərini müsbət qiymətləndirdiyi mart ayı ilə müqayisədə təxminən iki dəfə azdır.

Hakim koalisiyanın reytinqi də rekord həddə düşüb. Respondentlərin 65 faizi federal hökumətin işindən narazıdır. Rəyi soruşulanların 27 faizi hökumətin işini müsbət qiymətləndirib, bu da mart ayı ilə müqayisədə 17 faiz azdır.

DW yazır ki, sorğudan belə nəticə çıxır ki, kanslerin birbaşa seçilməsi halında Olaf Şolz indi yalnız üçüncü yeri tutacaqdı.

2021-ci ilin dekabrında 63 yaşlı Olaf Şolz Almaniyanın federal kansleri seçilib.

Bundestaqın 395 deputatı onun namizədliyinə səs verib. O, 16 il hökumət başçısı olmuş Angela Merkeli əvəzləyib. Scholz kansler olana qədər iki il Almaniya hökumətində əmək naziri, təxminən 7 il Hamburqun ilk meri, 2018-ci ilin mart ayından isə Almaniya Maliyyə Nazirliyinə rəhbərlik edib və eyni zamanda vitse-prezident vəzifəsində çalışıb.

Ukraynada müharibə başlayandan sonra Avropada elektrik enerjisinin qiyməti xeyli artıb.

Almaniyada topdansatış bazarında elektrik enerjisinin qiyməti avqustda təxminən altı dəfə artıb.

Belə bir vəziyyətin yaranmasına Rusiyadan qaz tədarükünün azaldılması ilə yanaşı bu ilin yayda havaların çox isti keçməsinin təsir etdiyi bildirilir.

Avqustun 15-də Latviya, Litva, Polşa, Çexiya və Estoniya kimi bir sıra Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərindən fərqli olaraq, Almaniya kansleri növbəti dəfə ruslar üçün viza rejiminin kəskin şəkildə sərtləşdirilməsinə qarşı çıxıb.

Scholz öz mövqeyini bununla əsaslandırır ki, bu, Putin rejimindən qaçan Rusiya sakinləri üçün təhlükə yaradır. Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Qərb ölkələrinə viza verilməsini dayandırmağa çağırıb. Bundan əlavə, bir neçə Aİ ölkəsi Şengen zonasında belə bir tədbirin həyata keçirilməsi imkanını gündəmə gətirib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Aleksandr Duqinin qızı avtomobilinin partlaması nəticəsində həlak olub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button