Almaniya uşaq müavinətlərinə 40 milyard avro xərcləyir
Almaniyada ailələrə 156 müxtəlif dəstək növü var. Bu həm çoxuşaqlı, həm də uşaqsız ailələrə aiddir.
Almaniyada uşaq müavinətləri hazırda birinci və ikinci uşağa ayda 192, üçüncü uşağa – 198, dördüncü uşağa – 223 avro təşkil edir. Uşağın doğma yaxud övladlığa götürülən olmasından asılı olmayaraq 18 yaşına qədər bu müavinətlər ödənir.
Əgər uşaq təhsilini davam etdirsə, valideynlər onun 25 yaşına qədər müavinət almaq hüququn saxlayır.
Aylıq qazancı orda aylıq əmək haqqından xeyli çox olan ailələr uşaq müavinəti yerinə 7356 avro həcmində gəlirin vergidən azad edilməsi hüququndan yararlanır. Ümumiyyətlə, uşaq müavinətləri Almaniya büdcəsinin əsas xərc hissədiri. Bu sahəyə dövlət ildə 40 milyard avro xərcləyir.
Bundan əlavə, dövlət ildə hər uşağa xərclənən təxminən 4000 avro məbləği vergidən azad edir.
Fizzə
24saat.org
Mənbə – azadliq.info