2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Almaniyada hava limanı işçilərinin 48 saatlıq tətili

2023-04-20 15:00:37

class=”medianet-inline-adv”>

Almaniyada fəhlə həmkarlar ittifaqı Verdinin çağırışı ilə hava limanının işçiləri yenidən tətil etmək qərarına gəliblər. Hamburq, Ştutqart, Düsseldorf və Köln-Bonn hava limanlarının işçiləri dünən gecə yarısından etibarən 48 saatlıq tətilə başlayıblar. Tətilin cümə günü gecə yerli vaxtla saat 00:00-da başa çatacağı, Ştutqart hava limanında çalışanların isə bu gecə gecə yarısı tətilə qoşulacağı gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

Tətillər ölkədə uçuş hərəkətinə böyük təsir göstərib. Köln-Bonn hava limanında hər iki reysdən biri ləğv edilib. Hava limanından edilən yazılı açıqlamada, uçuş ləğvlərinin arta biləcəyi və sərnişinlərdən uçuş vəziyyətlərini yoxlamaları istənilib. Alman Hava Limanları Birliyinin (ADV) verdiyi açıqlamada, 3 hava limanından planlaşdırılan ən az 700 uçuşun ləğv edildiyi və tətillərdən ən az 100 min sərnişinin təsirlənəcəyi gözlənildiyi bildirilib.

Həmkarlar ittifaqı Verdi, Aviasiya Təhlükəsizliyi Şirkətləri Federal Assosiasiyası (BDLS) ilə gecə növbələri, həftə sonları və bayram günlərində işçilərin əlavə ödənişlərini artırmaq üçün danışıqlar aparır. Son zamanlar genişmiqyaslı tətillərə baxmayaraq, hələlik razılıq əldə olunmayıb və həmkarlar ittifaqı aprelin 27-28-də keçiriləcək danışıqlara qədər işəgötürənlərə təzyiqi gücləndirməyi hədəfləyib. Həmkarlar ittifaqının nümayəndəsi Wolfgang Pieper mövzu ilə bağlı açıqlamasında, “11 və 12 aprel tarixlərində aparılan danışıqlar bir həll gətirmədi, işəgötürənlər təkmil bir təklif təqdim etmədilər. “Biz həmsöhbətimizi növbəti tətillərin qarşısını almaq üçün aprelin 27-də və 28-də keçiriləcək danışıqlarda razılaşdırıla bilən təklif təqdim etməyə çağırırıq”, o deyib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button