2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Almatıda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir

Mayın 10-da Almatıda Qazaxıstan XİN-in vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb.  

Yerli KİV-lərin məlumatına görə, əvvəlcə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu danışıqların Cənubi Qafqazda möhkəm sülhün bərqərar olunmasına kömək edəcəyindən əminliyini bildirib.

“Qazaxıstan vasitəçi roluna iddia etmədən, “qud ofis/” formatında xeyirxah xidmətlər missiyasını qərəzsiz yerinə yetirməyə hazırdır”, deyə o bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Qazaxıstan tərəfinə danışıqlar üçün platforma təqdim etdiyi üçün təşəkkür edib.

“İlk növbədə Qazaxıstan tərəfinə, şəxsən Qazaxıstan prezidentinə iki ölkənin nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsini keçirmək təşəbbüsü üçün təşəkkür etmək istərdim”, deyə o, bildirib.

“Nümayəndə heyətlərinin sonuncu Berlin görüşündən iki aydan çox vaxt keçib. Sonuncu görüşdən etibarən tərəflər arasında sülh sazişinin layihəsinə dair şərhlərin mübadiləsi aparılıb, həmçinin, əlavə olaraq tərəflərin mövqeyini əks etdirən sənədlərin mübadiləsi aparılıb.

Aprelin 19-da imzalanmış Ermənistan-Azərbaycan dövlət sərhədi hissəsinin delimitasiyasının başlaması haqqında protokol mühüm elementdir.

Bu müddət ərzində böyük işlər görülüb, birgə səylərlə dövlət sərhədinin ayrı-ayrı hissələri minalardan təmizlənib, coğrafi koordinatlar dəqiqləşdirilib və sərhəd dirəklərinin quraşdırılması başa çatır. Biz bu prosesə böyük diqqət yetiririk və işi davam etdirməyə hazırıq”, deyə Bayramov bildirib. 

Öz növbəsində, Ermənistanın XİN başçısı Ararat Mirzoyan xatırladıb ki, 1991-ci ildə məhz Almatıda Alma-Ata Bəyannaməsi imzalanıb. Həmin vaxt 11 keçmiş sovet respublikası onlar arasında inzibati sərhədlərin müstəqil dövlətlərin dövlətlərarası sərhədləri kimi qəbul edildiyini təsdiq ediblər, deyə o qeyd edib. 

“İki dövlət arasında delimitasiya prosesi bu siyasi sənəd əsasında aparılmalıdır. 

Biz hesab edirik ki, sülh müqaviləsini imzalamaqla kifayətlənmək olmaz, biz nəqliyyat infrastrukturlarının ərazisindən keçdikləri ölkələrin suverenliyi altında olacağını başa düşərək, regionda bütün nəqliyyat kommunikasiyalarını açmalıyıq”, deyə nazir qeyd edib. 

Salamlama nitqlərindən sonra Azərbaycan və Ermənistan XİN başçıları bağlı qapılar arxasında danışıqlara keçiblər. 

Qazaxıstan XİN görüşün yekunlarına dair məlumat dərc etməyəcək. Nazirlərin mətbuat qarşısına çıxması da gözlənilmir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button