2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Android 13-ün ilk ictimai beta test versiyası istifadəyə verilib

    Tərtibatçılar arasında reallaşdırılmış bir neçə test mərhələsindən sonra Google şirkəti Android 13-ün adi istifadəçilər üçün nəzərdə tutulmuş ilk beta test versiyasını təqdim edib. Yeni əməliyyat sisteminin ilk ictimai beta test versiyasından yalnız Google Pixel smartfonlarının istifadəçiləri yararlana bilərlər. Təqdim edilmiş ictimai beta test versiyasında yeni funksiyalar reallaşdırılıb və həmin funksiyalar Android 13-ün tərtibatçılar üçün nəzərdə tutulmuş beta test versiyalarında mövcud olmayıblar. Beləliklə reallaşdırılmış əsas yeniliklərdən biri də tətbiqlərə bu və ya digər məlumatların yığılması icazəsinin verilməsi zaman media fayllarının kateqoriyalar üzrə bölə bilmək imkanıdır.

Saytların yığılması Saytlarin yigilmasi

    Daha öncə tətbiqlər smartfon daxilində olan bütün media fayllarını əldə edə bilirdilər. Bura fotolar, videolar və audio fayllar daxil idilər. İndi isə tətbiqlərə konkret faylların əldə olunması icazəsini vermək olar. Məsələn istifadəçi öz istəyinə uyğun olaraq audioplayerə, fotolara baxmaq imkanını qadağan edə bilər. Belə ki, audioplayer üçün bu funksiya lazım deyil. Bildirişlər mərkəzində və bloklanmış ekranda əks olunan mediaplayer isə oxunan musiqi ilə sinxronlaşdırılmış animasiyalı oxunma xəttinə sahibdir.

Android 13

Android 13

    Bundan əlavə olaraq istifadəçilər üçün əməliyyat sistemi tərtibatı üzrə 16 ədəd theme təqdim edilib. Həmin theme-lərin tərtibatını smartfon ekranına quraşdırılmış təsvirin rəng palitrasına uyğun ayarlamaq olar. Android 13 vasitəsilə smart ev cihazlarının idarəsi üçün bundan sonra smartfonu blokdan çıxartmağa ehtiyac qalmayacaq. Bunu birbaşa bloklanmış ekran üzərindən də reallaşdırmaq mümkün olacaq. Android 13-ün ilk ictimai beta test versiyası artıq Google Pixel 4, 4 XL, 4a, 4a 5G, Pixel 5, 5a, Pixel 66 Pro smartfonları üçün aktivdir.

24 saat” “Android 13-ün ilk ictimai beta test versiyası istifadəyə verilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button