Loading...
Loading...
Siyasət

Ankara və Yerevan münasibətlərin tam normallaşmasına hazırdırlar

Ermənistan Xarici İşlər Nazirliyi mayın 3-də bildirib ki, bu razılaşma iki ölkə arasında sərhədin açılması ilə nəticələnə bilər
Ermənistan və Türkiyə iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə danışıqların heç bir ön şərt qoyulmadan davam etdirilməsinə razılaşıblar.
Ermənistan Xarici İşlər Nazirliyi mayın 3-də bildirib ki, bu razılaşma iki ölkə arasında sərhədin açılması ilə nəticələnə bilər.
İmzaladıqları birgə bəyanatda Ermənistan və Türkiyə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıc “iki ölkə arasında münasibətlərin tam normallaşdırılmasının son məqsəd olduğunu” təsdiqləyiblər.
Ermənistan XİN-in bu barədə bəyanatında deyilir:
“Bu məsələdə əsaslı prosesə nail olunması üçün addımlar müzakirə olunub. Tərəflər bu prosesin heç bir ön şərtlər qoyulmadan davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər”.
Ermənistan və Türkiyə arasında hazırda diplomatik münasibətlər yoxdur. İki ölkə arasında sərhədlər bağlıdır.
Ermənistan cəmiyyətində 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş qətliamlara görə Türkiyəyə münasibətdə inamsızlıq var.
Lakin 2021-ci ilin dekabrında Ermənistan parlamenti spikerinin müavini Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Kılıc iki ölkə arasında münasibətlərin normallaşdırılması danışıqlarının aparılması üçün xüsusi nümayəndə təyin ediliblər.
Bu prosesə Ermənistanın müttəfiqi Rusiya və Türkiyənin müttəfiqi Azərbaycan da müsbət yanaşdıqlarını bildiriblər.
Rubinyan və Kılıc bundan əvvəl iki dəfə – Moskvada və Vyanada görüşüblər.

24 saat” “
Ankara və Yerevan münasibətlərin tam normallaşmasına hazırdırlar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  'Azı beş jurnalist, sayt rəhbəri, bloqer həbsdədir'

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun