2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“ANS elə bildi ki, bu dəfə də boğaz çəksə onunçün keçəcəklər…”

Arif Əliyev: “Bu kanal söz azadlığından qoparılan birinci elektron deyil”

ANS-in öz fəaliyyətini dayandırmasının üstündən bir neçə gün keçsə də, nəinki cəmiyyətdə, hətta mətbuat sektorunda, jurnalistlər arasında belə məlum telekanalın müdafiəsi ilə bağlı hər hansı hərəkətlilik müşahidə edilmir.

Maraqlıdır, ANS-in media tərəfindən  müdafiə edilməməsi nə ilə bağlıdır?

Saytların yığılması Saytlarin yigilmasi

Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev bunun bir neçə amildən qaynaqlandığını vurğuladı:

“Bunun bir neçə səbəbi var. Birincisi, ANS özü başqa taktika seçdi. Düşündü ki, üzr istəsə, boğaz çəksə bu dəfə də onunçun keçərlər. Çünki bir neçə dəfə belə olmuşdu. Keçən dəfə ANS-in ötürücüləri bağlananda telekanala kifayət qədər dəstək olmuşdu. O zaman da ANS bir az fərqli mövqe tutdu. Həmin vaxt bu mövqe işlədi. Görünür, bu dəfə də belə hesab etdilər, lakin bu kəs gözləntiləri özünü doğrultmadı.

ANS-dən hərəkət olmasa, özünü müdafiə eləmək istəməsə, təbii ki, həmkarları da onun müdafiəsi ilə bağlı hansısa addım ata bilməz.

Ikincisi, bizim jurnalist və ya ictimai müdafiə dediyimiz anlayış əvvəlki gücə malik deyil. O, qat-qat zəiflədilib. ANS söz azadlığından qoparılan birinci elektron deyil. Ondan əvvəl də bu cür olaylar baş verib. Peşə prinsipləri ilə hərəkət edən jurnalistlərin sayı o qədər azalıb ki, onlar ciddi təpgi gösərmək imkanına malik deyil. Təşkilatlar bağlanıb, yaxud illərdir fəaliyyət göstərmir. Media orqanları alınıb, aktiv jurnalistlərin bir qismi ölkədən gedib, ələ keçirilib, müxtəlif üsullarla neytrallaşdırılıb və s. Bütün bunlar isə təbii ki, son nəticədə özünü göstərir”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button