2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Apple M1-in davamçısı: Apple şirkəti M2 adlı yeni prosessorunu təqdim edib

    Apple kompüterləri üçün nəzərdə tutulmuş fərdi M1 prosessorunun təqdimatından 2 il sonra şirkət M2 prosessorunu təqdim edib. Təqdim edilmiş yeni M2 prosessoru ikinci nəsil 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və bu səbəbdən də onun performansında diqqət çəkəcək səviyyədə yüksəliş var. Apple M2-nin daxilinə 20 milyard tranzistor daxildir. Bu isə orijinal M1-in tərkibinə daxil olan tranzistorların sayından 20% aha çoxdur. M1 kimi M2 də 8 nüvədən ibarətdir. Onlardan 4-ü yüksək performanslı (Firestrom), digər 4-ü isə enerji effektivliyi (Icestorm) nüvəsidir. Lakin M2-yə inteqrasiya edilmiş qrafik çip 8 nüvə əvəzinə 10 nüvəyə sahibdir. Bu isə öz növbəsində prosessorun qrafik çip performansını 35% yüksəldib. Yeni prosessorun hesablama gücündən danışdıqda qeyd etmək lazımdır ki, onun performansı M1 ilə müqayisədə 18% yüksəlib.

Saytların yığılması Saytlarin yigilmasi

    Həmçinin prosessorun məlumatları ötürmə qabiliyyətinin sürəti də yüksəlib. Bu göstərici M2-də saniyədə 100 GB təşkil edir. Bu göstərici M1-in göstəricisindən 50% yüksəkdir. Prosessorun yüksək performanslı nüvələri 16 MB həcmində olan L2 keş yaddaşı əldə edib. Enerji effektivliyi nüvələri isə hələ də 4 MB həcmində olan L2 keş yaddaşından istifadə edirlər. M2 tərəfindən dəstəklənən LPDDR5 RAM yaddaşının maksimal göstəricisi 24 GB təşkil edir. Bütün bunlardan əlavə olaraq  M2 təhlükəsizliyin təmin edilməsi üçün təkmilləşdirilmiş blok, performansı 40% yüksəlmiş yeni köməkçi neyron prosessoru əldə edib. Yeni prosessor 8K H.264 dəstəkli və HEVC videoların kodlaşdırılması ilə dekodlaşdırılması üçün nəzərdə tutulmuş daha yaxşı hardware imkanları əldə edib. Qeyd etmək lazımdır ki, M2 prosessorunu əldə etmiş ilk noutbuklar 13.6 düym ekranlı yeni MacBook Air13 düym ekranlı MacBook Pro modelləri oldular.

24 saat” “Apple M1-in davamçısı: Apple şirkəti M2 adlı yeni prosessorunu təqdim edib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button