2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Apple şirkəti iPhone-ların fərdi şəkildə təmir xidmətini istifadəyə verib

    Apple şirkətinin yeni təşəbbüsü iPhone istifadəçilərinə fərdi şəkildə smartfon detallarını almağa və təmir etməyə imkan verir. Yaxşı texniki biliklərə sahib istifadəçilər bu üsuldan istifadə edərək öz smartfonlarını rahatlıqla təmir edə biləcəklər və beləliklə onların Apple servis mərkəzlərinə getmələrinə ehtiyac qalmayacaq. Apple şirkətinin yeni internet mağazası iPhone 12, iPhone 13 iPhone SE smartfonlarının təmirləri üçün lazım olan 200-ə yaxın detalın satışını reallaşdırır. Onların arasında kameralar, ekranlar, batareyalar və digər detallar mövcuddur. İstifadəçilər isə öz növbələrində iPhone modellərindəki detalların dəyişdirilməsi üzrə detallı təlimatlarla tanış ola bilərlər.

Saytların yığılması Saytlarin yigilmasi

    Bundan əlavə olaraq Apple şirkəti təmir üçün lazım olan alətlərin 1 həftəlik icarəsini də təklif edir. Təmir üçün nəzərdə tutulmuş alətlərin 1 həftəlik icarəsi 49$-a başa gələcək. Onların istifadəçiyə çatdırılması isə pulsuzdur. Beləliklə təmir üzrə təlimatların incələnməsindən sonra iPhone istifadəçisi lazımi detalları sifariş edə bilər. Məlumatda qeyd edilib ki, istifadəçilər üçün nəzərdə tutulmuş detalların qiymətləri ilə keyfiyyətləri Apple servis mərkəzlərində olan detalların qiymətləri və keyfiyyətləri ilə eyni səviyyədədir. Hal hazırda iPhone-ların fərdi şəkildə təmir xidməti yalnız ABŞ-da istifadəyə verilib. Lakin ilin sonuna kimi bu xidmətin digər ölkələrdə də istifadəyə verilməsi gözlənilir. Bundan əlavə olaraq ilin sonuna kimi Apple şirkətinin fərdi prosessorları vasitəsilə çalışan Mac kompüterləri üçün də eyni xidmətin istifadəyə veriləcəyi gözlənilir.

24 saat” “Apple şirkəti iPhone-ların fərdi şəkildə təmir xidmətini istifadəyə verib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button