2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının texniki özəllikləri barəsində yeni məlumatlar verilib

    Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində məlumatlar mütəmadi olaraq çıxmağa davam edir. Hələ dünən məşhur analitik Ming-Chi Kuo məlumat vermişdi ki, şirkətin qarışıq reallıq cihazının ilk versiyası artıq gələn ilin yanvar ayında satışa çıxacaq. İndi isə Bloomberg saytının jurnalisti Mark Gurman sözügedən cihaz barəsində yeni məlumatları təqdim edib. Beləliklə verilmiş məlumata əsasən qarışıq reallıq cihazı Apple şirkətinin M2 prosessoru ilə təchiz olunacaq və həm artırılmış reallıq həm də virtual reallıq ilə çalışa biləcək. Bundan əlavə olaraq sözügedən cihaz 16 GB RAM ilə təchiz olunacaq. Daha öncə analitik Ming-Chi Kuo qeyd etmişdi ki, şirkətin artırılmış reallıq cihazı performans baxımından M1 prosessoru səviyyəsində olacaq əsas prosessor və məlumatların emal edilməsi üçün nəzərdə tutulmuş bir qədər aşağı performanslı əlavə prosessor ilə təchiz olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

    Gurman öz hesabatında qarışıq reallıq cihazının əlavə prosessor ilə təchiz olunacağı barəsində məlumat verməsə də, digər mənbələr bunun olma ehtimalının yüksək olduğunu qeyd ediblər. Əgər Apple ilk əvvəl cihazda əsas prosessor qismində M1-dən istifadə etmək niyyətində idisə, indi onun daha performanslı alternativinə keçid etmək daha məntiqli olar. Hələ bir neçə müddət budan öncə keçirilmiş WWDC 2022 konfransı çərçivəsində təqdim edilmiş M2 prosessoru M1 ilə müqayisədə 18% daha sürətli CPU-ya və 35% daha sürətli GPU-ya sahibdir. Bundan əlavə olaraq Gurman qeyd edib ki, qarışıq reallıq cihazı iPhone kimi digər cihazlardan müstəqil şəkildə çalışa biləcək. Məhz buna görə də onun 16 GB RAM ilə təchiz olunacağı gözlənilir. Bəzi məlumatlara əsasən Apple şirkətinin direktorlar şurası qarışıq reallıq cihazının prototipini may ayında artıq test edib. Bu yaxınlarda isə məlum oldu ki, şirkət RealityOS adlı yeni əməliyyat sistemini qeydiyyatdan keçirdib. Apple şirkəti bu cür cihazı ya bu il ya da gələn il təqdim edə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button