2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Apple son 5 ildə ilk dəfə yeni iPhone-ların qiymətlərini qaldıracaq

    Məşhur insayder Jon Prosser də daxil olmaqla bəzi mənbələrin verdikləri məlumata əsasən Apple şirkəti bu ilki iPhone 14 modellərinin satış qiyməltərini qaldırmaq niyyətindədir. Qeyd etmək lazımdır ki, bu il 5.4 düym ekranlı iPhone mini modelinin əvəzlənməsi gözlənilir. Belə ki, sözügedən model alıcılar arasında elə də böyük tələbata sahib deyil. Gözləntilərə əsasən onu 6.7 düym ekrana sahib iPhone 14 Max modeli əvəz edəcək. Beləliklə iPhone SE modelini saymasaq, Apple şirkətinin digər büdcəli smartfon modeli qismində adi iPhone 14 çıxış edəcək. Verilmiş məlumata əsasən iPhone 14-ün minimal konfiqurasiyalı versiyası 799$-a satılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

    iPhone 14 ilə müqayisədə daha böyük ekrana və batareya həcminə sahib iPhone 14 Max-ın qiyməti 899$-dan başlayacaq. iPhone 14 Pro modellərinə gəldikdə isə insayderlərin verdikləri məlumata əsasən onların qiymətlərində 100$ artım olacaq. Beləliklə iPhone 14 Pro-nun qiyməti 1099$-dan, iPhone 14 Pro Max-ın qiyməti isə 1199$-dan başlayacaq. Qeyd etmək lazımdır ki, sonuncu dəfə bu cür qiymət artımı iPhone X-də baş vermişdi. Həmin vaxtda o, 999$-a satışa çıxmışdı. Son məlumat sızıntılarına əsasən iPhone 14 Pro modellərinin ön panel dizaynlarında dəyişiklik olacaq.

    Belə ki, iPhone 14 Pro modellərinin ekranları üzərində ənənəvi çıxıntı hissə olmayacaq. Onun əvəzinə sözügedən modellərin ekranlarında 2 ədəd kiçik ölçülü çıxıntı reallaşdırılacaq. Onlardan biri dairəvi formada, digəri isə oval formada olacaq. Bununla yanaşı iPhone 14 Pro modellərinin arxa kameralarından ən əsasının 48 MP-lik olacağı güman edilir. Məlumatlarda həmçinin qeyd edilir ki, adi iPhone 14 və iPhone 14 Max modelləri keçən ilki A15 Bionic prosessoru, iPhone 14 Pro modelləri isə A16 Bionic prosessoru ilə təchiz olunacaqlar. iPhone 14 smartfon seriyasının sentyabr ayında təqdim ediləcəyi gözlənilir.

24 saat” “Apple son 5 ildə ilk dəfə yeni iPhone-ların qiymətlərini qaldıracaq” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button