2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyatiqtisadiyyat

Aqil M.Quliyevin ölkədən çıxışına qadağa qoyuldu

Tanınmış rejissor və aktyor Aqil Quliyev məhkəməyə verilib.

Onun barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi xüsusi icraat qaydasında iddia qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsinə göndərilib.

İddiaya əsasən, aktyor Aqil Quliyev vergi borcunu bir müddətdir ödəmir. Bu səbəbdən adı çəkilən dövlət qurumu məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edir.

Saytların yığılması Saytlarin yigilmasi

Şikayətə Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Aqil M.Quliyev açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib:

“Sənədləşmə işlərində problem yaranıb. İllərdir işləmirəm. Vergi borclarım toplanıb. Bu barədə başqa söz demək istəmirəm”. (Lent.az)

The post Aqil M.Quliyevin ölkədən çıxışına qadağa qoyuldu appeared first on 24 saat.

“24 saat “Aqil M.Quliyevin ölkədən çıxışına qadağa qoyuldu” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button